Təmassız ödəniş

Artıq xırda pula və ya qalığı gözləməyə ehtiyac yoxdur

Vaxta qənaət

Sizə uyğun üsulu seçərək, balansı ödəniş terminalı və ya onlayn kanallar vasitəsilə növbə gözləmədən artırın

0% Komissiya

Kartın balansını ödəniş terminalı və ya onlayn kanallarla heç bir komissiya ödəmədən artırın

Haqqımızda

Haqqımızda

“inkart” layihəsi “Azər-Türk Bank” ASC , AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən ərsəyə gətirilmiş və ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda bank kartları ilə ödəniş etmək imkanı yaradan birgə layihədir.

Ətraflı

Ödəniş kartı

“inkart”ı banka gəlmədən, heç bir sənədləşmə keçmədən poçt məntəqələri və ya avtobus dayanacaqlarında quraşdırılacaq bank terminallarından asanlıqla əldə edin! Kartın qiyməti 2.00 AZN təşkil edir. 1.00 AZN ümumi dəyəridir, 1.00 AZN isə kartın balansına yüklənilir.

Mobil tətbiq

mobile
mobile

Mobil tətbiq

“inkart” mobil tətbiqi vasitəsilə

  • 24/7 kartlarınızı idarə edin
  • Balansınızı rahatlıqla artırın
  • Ödənişlərin tarixçəsini izləyin

FAQ

“inkart” nədir?
“inkart” ictimai nəqliyyatda gediş haqlarının nağdsız və təmassız ödənilməsi imkanına malik bank kartıdır.
Təmassız ödəniş nədir?
Kartı qurğuya daxil etmədən yalnız yaxınlaşdırmaqla sürətli ödəniş etmək imkanı yaradan nağdsız ödəniş növüdür.
“inkart”a sahib olaraq mən nə əldə edirəm?
  • İctimai nəqliyyatda rahat, sürətli və təmassız ödəniş etmək imkanı
  • Digər ödənişləri (kommunal xərclər, mağazada alış-veriş və s.) əlavə bank kartı olmadan icra etmək imkanı (eyniləşdirilmə tələb olunan əməliyyatların icrası mobil tətbiq üzərindən şəxsiyyət vəsiqəsi əlavə edilərək kart eyniləşdirildikdən sonra mümkündür)
  • Banka gəlmədən, heç bir sənədləşmə işi aparılmadan kart əldə etmə imkanı
  • Kartın balansını terminallar və onlayn kanallar vasitəsilə artırmaq imkanı
  • “inkart” mobil tətbiqini yükləməklə kartın idarə edilməsi, kartlar arasında köçürmələr, əməliyyatların və səfərlərin tarixçəsini izləmək imkanı
Kartı haradan və necə əldə edə bilərəm?

1. Avtobus dayanacaqlarında quraşdırılmış bank terminallarından:


  • Ekranda “YENİ KART” bəndini seçin
  • Kartın dəyərini terminala daxil edin
  • Terminaldan kartınızı əldə edin

2. Azərpoçta məxsus poçt məntəqələrindən:


  • Şəxsiyyət vəsiqənizi təqdim edin
  • Kartın dəyərini ödəməklə kartınızı əldə edin

3. Azər Türk Bank-ın filiallarından

Ətraflı